Bakıda maşın işıqfora çırpıldı - Qəzanın VİDEOSU

Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Feb 21, 2025 - 00:20
Bakıda maşın işıqfora çırpıldı - Qəzanın VİDEOSU

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Qəza səbəbindən 1 ədəd işıqfor yararsız vəziyyətə düşüb.

Digər bir qəza Ceyhun Hacıbəyli ilə A.Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb. Bu qəzada isə svetoforun idarəetmə qutusu sıradan çıxıb.