Belçika səmasında dronlar göründü
Belçikanın Elsenborndakı hərbi bazası üzərində 15 pilotsuz uçuş aparatı (PUA) görünüb.
SAVASHMEDİA.az VRT portalına istinadən xəbər verir ki, Belçikanın müdafiə naziri Teo Frankenin ofisi bu faktı təsdiqləyib.
Məlum olub ki, bazada təsadüfən PUA-ları aşkarlama sistemi sınaqdan keçirildiyindən sistem ərazinin üzərindən uçan dronları aşkar edə bilib.
“Dronların Belçikadan Almaniyaya uçduğu güman edilir. Orada pnları Düren şəhərinin polisi də görüb”, - deyə nəşr vurğulayıb.
Qeyd edək ki, Elsenborn hərbi bazası Almaniya ilə sərhəddən bir neçə kilometr aralıda yerləşir.
Xatirə SADİQ