Bəşər Əsədin dostları Moskvada toplandı – xarici KİV
“Rusiya ilə İran arasında bu gün imzalanacaq Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi bütün sahələrdə əməli əməkdaşlığa təkan verəcək”.
SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla görüşündə deyib.
“Sizin bugünkü səfəriniz xüsusi əhəmiyyət kəsb edir. Çünki bizim təkcə əməkdaşlığımızın bütün sahələrini müzakirə etmək imkanımız olmayacaq, həm də Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair böyük baza sazişi imzalayacağıq”, - deyə Putin əlavə edib.
Rusiya prezidenti xatırladıb ki, Moskva və Tehran çoxdan bu sənəd üzərində işləyir. “Mən çox şadam ki, bu iş başa çatıb. Bu, vacibdir, çünki bu, praktiki olaraq əməkdaşlığımızın bütün istiqamətlərinə əlavə impuls imkanı verəcək”, - deyə Putin əlavə edib.
Xarici KİV bu hadisəni “Bəşər Əsədin dostlarının Moskvada görüşü” kimi qiymətləndirib.
Xatirə SADİQ