Qadın paltarlı xəyanətkar tutuldu, ruslara işləyirmiş – Ukraynada 

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Odessa vilayətinin İzmail şəhərinin 26 yaşlı sakinini dövlət xəyanəti ittihamı ilə həbs edib. 

Jan 17, 2025 - 12:51
Qadın paltarlı xəyanətkar tutuldu, ruslara işləyirmiş – Ukraynada 

SAVASHMEDİA.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir. 

Ukraynanın güc strukturlarının yaydığı məlumata əsasən, saxlanlılan gənc konspirasiya məqsədilə saçlarını uzadıb və qadın paltarı geyinərək Silahlı Qüvvələrin yerləşdikləri məkanların fotolarını çəkib və koordinatları ruslara ötürüb. 

"UTX-nin məlumatlarına görə, düşmənin potensial hədəfləri arasında Ukrayna Silahlı Qüvvələrinin bazaları, Təhlükəsizlik Xidməti və İzmail liman şəhəri ərazisindəki sərhədçilər olub”, - deyə məlumatda bildirilib. 

Müstəntiqlər müəyyənləşdiriblər ki, ruslar xaini messencerlərdən biri vasitəsilə bu işə cəlb ediblər. Rusiya ondan aldığı məlumatdan Odessa vilayətində yeni silsilə hava hücumları həyata keçirmək üçün istifadə etməyi planlaşdırırdılar.

Həbs zamanı UTX əməkdaşları şübhəlinin üzərindən mobil telefon tapıblar. Həmin telefon vasitəsilə kuratora mətn mesajları, fotoşəkillər və elektron kartlarda qeydlər şəklində “hesabat” ötürülüb.

Xatirə SADİQ