"Birbank" istifadəçilərinə xəbərdarlıq - hər ay 3 manat tutulacaq
"Kapitalbank" 17 fevraldan etibarən SMS bildirişləri üçün xidmət haqqını artırır.
Bu barədə bank müştərilərinə bildiriş göndərib.
Qeyd edilib ki, 17 fevraldan etibarən SMS-bildirişlər üzrə aylıq xidmət haqqı hər kart üçün 3 manat olacaq.
Xatırladaq ki, SMS-bildiriş xidmətini isə istənilən vaxt tətbiqdə deaktiv etmək mümkündür. Bu zamana qədər sözügedən xidmət haqqı 2 manat təşkil edirdi. (ajans.az)