Bu gecə Çimnaz Sultanovanın məzarına gələn kim olub? - VİDEO PAYLAŞDI 

Aktrisa Çimnaz Sultanova bir neçə gün əvvəl dünyasını dəyişib. Onun yas mərasiminə isə heç bir həmkarı qatılmayıb. 

Jan 17, 2025 - 12:18
Bu gecə Çimnaz Sultanovanın məzarına gələn kim olub? - VİDEO PAYLAŞDI 

SAVASHMEDİA.az xəbər verir ki, axşam.az-ın məlumatına görə, Əməkdar artist Elxan Yunis ötən gecə onun məzarını ziyarət edib. 

Əməkdar artist Elxan Yunis

Aktyor "Vicdan haqqı" serialında tərəf müqavili olduğu mərhum aktrisanın məzarından görüntülər paylaşıb. E.Yunis paylaşımına "Allah günahlarını bağışlasın" sözlərini yazıb. 

Qeyd edək ki, Çimnaz bağırsaq xərçəngindən əziyyət çəkirmiş. O, yanvarın 15-də dünyasını dəyişib. Həmin gün onun ad günü imiş.