Pensiyaçıların 2 milyardını oğurlayan şəxs Antalyada saxlanıldı - FOTO

Rusiyanın sorğusu üzrə Türkiyənin Antalya şəhərində Rusiya Sosial Fondunun inquş bölməsinin keçmiş rəhbəri İslam Seynaroyev saxlanılıb. 

May 5, 2025 - 14:24
Pensiyaçıların 2 milyardını oğurlayan şəxs Antalyada saxlanıldı - FOTO

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İslam Seynaroyev 2 milyard rubl oğurluğu təşkil etməkdə ittiham olunur. 

Mənbələrin bildirdiyinə görə, saxlanılarkən Seynaroyev müqavimət göstərməyib və hazırda ekstradisiyaya hazırlanır. 

Bu şəxs Türkiyədə İnquşetiya Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini ilə birlikdə çiyələk və bananın topdan satışı, eləcə də mövcudluğu əvvəllər məlum olmayan villalarını icarəyə verməklə məşğul olub. Sosial Fondda çalışarkən Seynaroyev bəyannamələrində xarici daşınmaz əmlakını göstərməyib. 

İslam Seynaroyev

Onunla yanaşı, bu işdə İnquşetiya rəhbərinin qardaşı Maqomed-Bəşir Kalimatovun da adı keçir. Kalimatov 2024-cü ilin yayında saxlanılıb. Bu məlumatı onun qardaşı, respublika rəhbəri Mahmud-Əli Kalimatov da təsdiqləyib.

Rusiya Sosial Fondundan vəsaitlərin oğurlanması işi 2023-cü ildən araşdırılır. Əməliyyatçıların sözlərinə görə, 2019-2021-ci illərdə Kalimatovun başçılıq etdiyi cinayətkar qrupun (CCQ) üzvləri İnquşetiya sakinlərinin özlərindən xəbəri olmadan pensiyaların qanunsuz olaraq yenidən hesablanmasını təşkil ediblər. Rəsmi reyestrlərə ödənişlər haqqında yalan məlumatlar daxil edilib, bu da respublikaya federal büdcədən əlavə vəsait almağa imkan verib. Fondun əməkdaşları onları nağdlaşdırmaq üçün İnquşetiyadakı “Rus Post” filialının bank hesablarına köçürüblər. Alınan pullar kağız üzərində pensiyaçılara verilib, əslində isə oğurlanıb. Zərər 2 milyard rubl dəyərində qiymətləndirilir.  

Hazırda iş üzrə bütün təqsirləndirilən şəxslər istintaq təcridxanasındadır.

Xatirə SADİQ