Navalnının sabiq vəkilləri azadlıqdan məhrum olundular

Rusiyanın Vladimir vilayətinin Petuşki məhkəməsi müxalifət lideri Aleksey Navalnının üç keçmiş vəkili – Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunin barəsində hökmü elan edib.

Jan 17, 2025 - 12:06
Navalnının sabiq vəkilləri azadlıqdan məhrum olundular

SAVASHMEDİA.az bu barədə “Azadlıq Radiosu”na istinadən xəbər verir.

Vadim Kobzev 5,5 il, Aleksey Liptser 5 il, İqor Serqunin isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzalarını çəkdikdən sonra üç il ərzində onlara vəkillik fəaliyyəti qadağan ediləcək.

Məhkəmə zalında daxil olmağı bacaran insanlar hökm elan edildikdən vəkilləri qəhrəman və “Rusiyanın ən yaxşı insanları” adlandıraraq “Xuntaya ayıb olsun!” şüarını səsləndiriblər. Məhkəmə pristavları adamlardan dərhal alı boşaltmağı xahiş ediblər.

Qeyd edək ki, vəkillərin cəzalandırılmasına səbəb Navalnının qeydlərinin həbsxanadan tərəfdarlarına ötürülməsi olub. Məhkəmə hesab edib ki, qeydlərin ötürülməsinə kömək etməklə vəkillər ekstremist təşkilatda iştirak ediblər. Çünki Rusiya hakimiyyəti Navalnının rəhbərlik etdiyi təşkilatı ekstremist təşkilat kimi tanıyıb. Məktublar isə Navalnıya ekstremist icmanın lideri və direktoru funksiyalarını yerinə yetirməyi davam etmək imkanı verib.

Kobzev, Liptser və Serqunindən başqa daha iki vəkilə - Aleksandra Fedulovaya və Olqa Mixaylovaya da cinayət işi açılıb. Lakin onlar vaxtında Rusiyanı tərk edə bildikləri üçün məhkəmə onların barəsində qiyabi həbs hökmü çıxarıb. Serqunin istisna olmaqla vəkillərin hamısı təqsirli olduqlarını inkar edirlər. 

Xatirə SADİQ