"Birkart"dan hər ay 3 manat çıxılmaması üçün bunu edin - TƏLİMAT
"Kapitalbank"ın SMS bildirişləri üçün xidmət haqqını artırması müştərilər tərəfindən narazılıqla qarşılanıb.
SAVASHMEDİA.az xatırladır ki, bank artıq müştərilərinə bununla bağlı xəbərdarlıq SMS-ləri göndərməyə başlayıb.
Sözügedən SMS-də bildirilir ki, 17 fevral 2025-ci il tarixindən etibarən SMS-bildirişlər üzrə aylıq xidmət haqqı hər kart üzrə 3 manat olacaq.
Qeyd edək ki, SMS-bildiriş xidmətini istənilən vaxt tətbiqdə deaktiv etmək mümkündür.
Bunun üçün aşağıdakı ardıcıllıqla hərəkət edin:
“SMS bankçılıq” xidmətinin deaktiv edilməsi üçün, Birbank mobil tətbiqində “Əsas səhifə’” bölməsindən “Kartlar və hesablar” xanasına keçid edərək müvafiq kartı seçin və ”Təhlükəsizlik” bölməsində “SMS bankçılıq” bölməsinə klikləyərək nömrə əks olunan bölməni sola doğru çəkdikdə əks olunan ‘Sil” seçimi ilə deaktiv edə bilərsiniz.
Xatırladaq ki, bu vaxta qədər isə sözügedən xidmət haqqı 2 manat təşkil edirdi.
Oğuz