"Bitcoin" bahalaşdı, Tramp təbrik etdi
"Binance" kriptovalyuta birjasındakı "Bitcoin"in məzənnəsi bir dəqiqə ərzində 97 min dollardan 90 min dollara qədər kəskin şəkildə azalıb.
Bu barədə birjanın rəsmi saytında məlumat verilib.
Bakı vaxtı ilə saat 02:27-yə olan məlumata görə, kriptovalyuta 97,28 min dollar olub, bir dəqiqə sonra isə 90,5 min dollara düşüb.
Bakı vaxtı ilə saat 03:54-ə olan məlumata görə, "Bitcoin" yenidən 97 min dollar olub.
Dekabrın 5-də "Bitcoin"in qiyməti ilk dəfə olaraq 100 min dolları ötüb. Bir nöqtədə, kriptovalyuta 104 min dollara satılıb. Donald Tramp bu hadisə münasibəti ilə "Bitcoin" sahiblərini təbrik edib.
Mütəxəssislərin fikrincə , kriptovalyutanın dəyərinin artması ABŞ-ın seçilmiş prezidentinin kriptovalyuta sahəsində daha sadələşdirilmiş tənzimləmənin tətbiqini təşviq edəcəyi gözləntiləri ilə bağlıdır.