Bu ərazidə işıq 4 gün fasilələrlə veriləcək - TARİXLƏR

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

Sep 1, 2025 - 14:31
Bu ərazidə işıq 4 gün fasilələrlə veriləcək - TARİXLƏR

SAVASHMEDİA.az xəbər verir ki, 35/10 kilovoltluq Nehrəm yarımstansiyasından qidalanan 10 kilovoltluq "Nehrəm 1" hava elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 1-dən 5-nə qədər Babək rayonu Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.