Bu gün avtobuslar bu saata qədər işləyəcək - Xəbərdarlıq

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif ərazilərdə avtobusların hərəkətində ciddi çətinliklər yaranıb.

Feb 23, 2025 - 18:25
Bu gün avtobuslar bu saata qədər işləyəcək - Xəbərdarlıq

Bu barədə SAVASHMEDİA.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən məlumat verilib.

Bununla əlaqədar olaraq, şəhərdaxili marşrutlar üzrə avtobuslar 21:00-dək fəaliyyət göstərəcək.

Sərnişinlərdən mənzil başına çatmaq üçün qeyd olunan vaxtadək ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.