Bu marşrutların yolu dəyişdirilir – SİYAHI
10 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
SAVASHMEDİA.az xəbər verir ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.