Bu tarixdə işdən 1 saat tez çıxacağıq - Qısa iş günü

Azərbaycanda 19 mart qısaldılmış iş günü olacaq.

Mar 2, 2026 - 10:24
Bu tarixdə işdən 1 saat tez çıxacağıq - Qısa iş günü

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.

Bu səbəbdən 20-24 mart Novruz bayramı, 20-21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.

Qeyd edək ki, 20-30 mart tarixlərində ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq. (metbuat)