Bugünkü seldə həlak olan rəisin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində Pərviz Həyatullayev adlı tikinti sahəsinin rəisi ölüb.  

Apr 16, 2025 - 21:00
Bugünkü seldə həlak olan rəisin FOTOSU

Qeyd edək ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.

Ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

Xatırladaq ki, işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.

SAVASHMEDİA.az “qafqazinfo”-ya istinadla həmin şəxsin fotosunu təqdim edir:

Fotoda Pərviz Həyatullayev