Bütün xəstəxanalar onlayn növbəyə keçir - Vüqar Qurbanov
"Artıq Bakı və regionlardakı bəzi xəstəxanalarda onlayn növbə sistemi təşkil edilib".
SAVASHMEDİA.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Qısa müddətdə bütün ölkə üzrə xəstəxanalarda onlayn növbə sistəmi təşkil ediləcək", - deyə o qeyd edib.
Ölkə üzrə epidemioloji vəziyyətlə bağlı sualı cavablandıran Vüqar Qurbanov deyib ki, tibb müəssisələrində epidemioloji vəziyyətlə bağlı təcili tibbi xidmətə müraciətlərdə kəskin artım yoxdur:
"Hazırda kəskin respirator xəstəliklərin yayılması müşahidə olunsa da, xəstəxanalara müraciət sayı normal səviyyədədir".