Tramp Çinlə Rusiyanı düşmən etməyi bacardı - "Si bunu etməklə Putini kürəyindən vuracaq"
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də Çin Dövlət Şurasının sədri Si Cinpini inauqurasiya mərasiminə dəvət edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu xəbər Rusiya mətbuatında qəzəblə qarşılanıb.
Məsələn pravda.ru sayrı iddia edib ki, Si Cinpin təklifi qəbul edəcəksə, bu, Putini kürəyindən bıçaqlamaq anlamına gələcək.
Nəşr daha sonra yazır ki, bu təklif bir növ trolluğa bənzəyir: "Çünki Tramp administrasiyası Rusiyanı zərərsizləşdirməyi avropalıların öhdəsinə buraxaraq, özü Çinlə mübarizəyə keçməyi planlaşdırır. Üstəlik, ABŞ Dövlət Departamentinin məlumatına görə, 1874-cü ildən bəri heç bir xarici lider heç vaxt hakimiyyətin ötürülməsi mərasimində iştirak etməyib. Əgər Si Trampın andiçmə mərasiminə gedərsə, bu, Rusiya prezidenti Vladimir Putinin kürəyinə bıçaq zərbəsi kimi qiymətləndiriləcək və nəticələri Rusiya üçün xoş olmayacaq. Xüsusilə Çinin ABŞ sanksiyalarına qoşulması belə bir perspektivi mümkün edə bilər".
Məlumata görə, Tramp seçkidən qısa müddət sonra, noyabrın əvvəlində Si Cinpinə dəvətlə bağlı müraciət edib. Lakin Cinpinin bu dəvəti qəbul edib-etmədiyi bəlli deyil.
Oğuz
Yazının linki: https://www.pravda.ru/world/2148077-xi-trump-inauguration/