Çexiya Krım tatarlarının deportasiyasını soyqırım kimi tanıdı

Çexiya Senatı dekabrın 18-də Krım tatarlarının kütləvi deportasiyasını soyqırım aktı kimi tanıyıb. 

Dec 18, 2024 - 17:37
Çexiya Krım tatarlarının deportasiyasını soyqırım kimi tanıdı

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Mariya Mezentseva “Facebook”da məlumat yayıb. 

Onun sözlərinə görə, səsvermədə 76 senator iştirak edib. Onlardan 70-i lehinə səs verib, dördü bitərəf qalıb, heç kim bu qərarın əleyhinə çıxmayıb. 

“Nümayəndə heyəti adından söz Mustafa Cemilevə verildi. Senat ayaq üstə alqışlayır”, - deyə o, Senatda baş verənləri təsvir edib. 

Qeyd edək ki, bundan öncə Ukrayna, Kanada, Latviya, Litva, Estoniya Krım tatarlarının deportasiyasını soyqırım aktı kimi tanıyıb. 

Xatirə SADİQ