CHP İstanbulu ona tapşırdı, İmamoğlunu əvəz edəcək  - FOTO

İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsini icra edəcək şəxsin kimliyi bəlli olub.

Mar 26, 2025 - 00:24
CHP İstanbulu ona tapşırdı, İmamoğlunu əvəz edəcək  - FOTO

SAVASHMEDİA.az-ın türk mənbələrinə istinadla xəbərinə görə, sabah saat 13-00-da baş tutacaq toplantıda bu vəzifəyə İstanbul Böyükşəhər Bələdiyyəsinin CHP-li üzvü Nuri Aslanın gətiriləcəyi rəsmiləşəcək.

Keçmiş CHP millət vəkili və jurnalist Barış Yarkadaş da sosial media hesabındakı açıqlamasında CHP-nin namizədinin Nuri Arslan olduğunu bildirib. Yarkadaş CHP-nin məclis üzvləri ilə keçirdiyi görüşdə CHP sədr müavini Gökan Zeybekin "namizədimiz Nuri Aslandır" dediyini bildirib.

Fotoda Nuri Aslan və Əkrəm İmamoğlu 

Jurnalist Şaban Sevinç də sosial media hesabında " Əkrəm İmamoğlunun yerinə İBB Məclis 1-ci sədr müavini Nuri Aslan gəlir " paylaşımını edib.

Nuri Aslan kimdir?

nuri Aslan 1969-cu ildə Sivasda anadan olub. İbtidai və lisey təhsilini İstanbulda, bakalavr təhsilini isə 1990-cı ildə Yıldız Texniki Universiteti Mühəndislik Fakültəsi, Dəniz Memarlığı (Gəmi Maşınları) Mühəndisliyi Bölməsində tamamlamışdır.

2019-2024-cü illər arasında Beylikdüzü Bələdiyyəsi və İBB Məclis Üzvü seçilən Nuri Aslan 31 Mart 2024 Y seçkilərində yenidən Beylikdüzü Bələdiyyəsi və İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin üzvü seçilib. 

15 aprel 2024-cü il tarixindən İstanbul Böyükşəhər Bələdiyyə Məclisi sədrinin 1-ci müavini seçilən Nuri Aslan evlidir və üç övladı var.

Oğuz