CHP-nin mitinqindən qayıdan gənclər EspressoLab-a hücum etdi - ANBAAN VİDEO
CHP-nin Maltəpədə təşkil etdiyi mitinqdən qayıdan bir qrup gənc Özgür Özelin boykot çağırışı etdiyi “EspressoLab” qəhvə şəbəkəsinin rayondakı şöbəsinə hücum edib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə ilə bağlı İstanbul Valiliyindən verilən açıqlamada hücumu həyata keçirən 4 nəfərin saxlanıldığı bildirilib.
Verilən rəsmi açıqlamada ioddia edilir ki, bir qrup gənc EspressoLab-a yaxınlaşaraq oradakı insanlara söz atıb.
Məkanda əyləşənlər cavab verdikdə isə etirazçılart əllərinə keçən stul və digər əşyaları sındırmağa başlayıb.
Hücum anı ətrafdakı vətəndaşlar tərəfindən cib telefonu kameraları ilə qeydə alınıb.
Həmin görüntüləri təqdim edirik: