Döyülən direktor vəzifədən azad edildi – Foto

Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Ruzvay oğlu Yahyayev işdən çıxarılıb.

May 24, 2025 - 21:13
Döyülən direktor vəzifədən azad edildi – Foto

SAVASHMEDİA.az xəbər verir ki, onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Arzu Teymurovaya həvalə edilib.

Bildirilib ki, Rauf Yahyayev öz ərizəsi ilə işdən çıxıb. O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.

Qeyd edək ki, R.Yahyayevin adı son vaxtlar qalmaqallarda hallanırdı. O, ötən ilin fevralında bir qrup şəxs tərəfindən döyülüb. (unikal)

Fotoda: Rauf Yahyayev