Dünən zəhərlənən tələbələr danışdı - "Tənəffüsdə tort almışdıq" + VİDEO

Azərbaycanda tələbələr arasında kütləvi zəhərlənmə baş verdi, 8 nəfər xəstəxanaya yerləşdirildi.

Dec 25, 2024 - 10:29
Dünən zəhərlənən tələbələr danışdı - "Tənəffüsdə tort almışdıq" + VİDEO

Tovuz rayonu Peşə Təhsili Mərkəzində baş verən hadisənin təfərrüatlarını həmin tələbələr özləri danışıblar.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, onlara mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub. Hər bir xəstəyə zəruri tibbi yardım göstərilib.

Qeyd edək ki, Peşə Təhsili Dövlət Agentliyindən verilən məlumatda da  sözügedən tələbələrin tənəffüs zamanı marketdən aldıqları tortdan zəhərləndikləri qeyd olunub.

Onu da qeyd edək ki, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

SAVASHMEDİA.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: