Əli Nağıyev onu vəzifədən AZAD ETDİ
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat Xidmətinin rəisi Tamerlan Rəhimov tutduğu vəzifədən azad edilib.
SAVASHMEDİA.az xəbər verir ki, gununsesi.info-nun yaydığı məlumata görə, DTX rəisi, general-polkovnik Əli Nağıyev bununla bağlı müvafiq əmr imzalayıb.
Hələlik Tamerlan Rəhimovun vəzifədən azad olunmasının səbəbləri barədə rəsmi açıqlama verilməyib.