“Əliyev-Putin danışığı gündəmdə deyil, amma…” – Peskov
Kremlin sözçüsü Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında söhbətin planlaşdırılıb-planlaşdırılmadığına münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RBC telekanalı məlumat yayıb.
Peskov bildirib ki, söhbət hələ gündəmdə deyil:
“Lakin əgər buna ehtiyac olarsa, təbii ki, bu, mümkün qədər tez baş tutacaq”.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Yekaterinburqda azərbaycanlıların saxlanması ilə bağlı araşdırma aparılmasını tələb edən bəyanatını şərh edən Peskov qeyd edib ki, qəbul edilən qərarlara görə ürəkdən təəssüflənir.
“Hüquq-mühafizə orqanlarının hərəkətləri diplomatik demarşlar üçün əsas ola bilməz”, - o vurğulayıb.
Xatırladaq ki, Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı misli görünməmiş cinayətlə müşayiət olunan polis əməliyyatı həyata keçirilib. Ümumilikdə 50-dən çox insan işgəncəyə məruz qalaraq polis bölməsinə aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) saxlanılanlar arasında ölən və yaralananların olduğunu bəyan edərək, istintaq zamanı zorakılıq törədən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Xatirə SADİQ