Əməkdar artist qızından bu sözünə görə imtina edib - Hər şeyi danışdı
"Bu gün 'Bizimləsən' verilişində rəhmətlik bacımın vəziyyətinə əsasən övladlığa götürdüyüm bacım qızımdan rəsmi şəkildə imtina etdiyimi bəyan etdim".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial media hesabında bildirib.
Aktrisa, bundan sonra özü və anası üçün yaşamaq istəyi ilə bu addımı atdığını qeyd edib və media orqanlarına ciddi xəbərdarlıq edib:
"Mən böyüdüb, boya-başa çatdırdığım qızımdan daha doğrusu bacım qızından rəsmi şəkildə imtina etmişəm. O artıq mənim qızım deyil. Bitdi... 35 il saxladım, böyütdüm, maddi və mənəvi yanında oldum. Halal xoşu olsun. Bundan sonra onun adında insan yoxdur mənim üçün. Ola da bilməz! Bundan sonra mən öz həyatımı və anam üçün yaşamaq istəyirəm. Artıq mən məsuliyyət daşımıram. Özüm üçün heç nə etmədən, bir qarnım ac, bir qarnım tox, dostlardan kömək istəyib illərlə bir insanı saxlayasan, sonra da o böyüyüb bir gün desin ki, sən nənə yox, "nənəliksən" (ağlayır). Bu sözləri kim qəbul edər? Bitdi! Bu da son".