Emin Ağalarov həmin hadisədən DANIŞDI - "Vicdan əzabı çəkir, utanırdım..." + VİDEO
Xalq artisti Emin Ağalarov uşaqlıq illərindən bəhs edərkən illərdir vicdan əzabı çəkdiyi hadisədən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, sənətçi təxminən 15 yaşında olarkən dostunun təklifi ilə atasının pulqabından gizlicə 100 dollar götürdüyünü bildirib.
Ağalarov həmin pulu dostları ilə vaxt keçirmək üçün xərclədiyini, lakin sonradan bu hərəkətinə görə ciddi narahatlıq keçirdiyini deyib. O, illər sonra hadisəni atasına etiraf edib.
Sənətçinin sözlərinə görə, atası gözlənilməz şəkildə reaksiya verərək ondan pulun nəyə xərcləndiyini soruşub və incimədiyini deyib.
Ağalarov qeyd edib ki, bu, həyatında ilk və sonuncu belə hadisə olub. O, hazırda övladlarına ehtiyacları olan hər şeyi verməyə çalışdığını, lakin heç nəyi gizli etməmələri üçün onlarla bu barədə danışdığını vurğulayıb.
Aytən