Ərdoğan təyyarəsini niyə Zelenskiyə verib? - Dünyanın danışdığı VİDEO
Bu gün Suriyanın paytaxtı Dəməqşə səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski oraya Türkiyə prezidentinin təyyarəsi ilə gedib.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenskinin Dəməşq səfərindən bəhs edən videomaterialda Ukrayna prezidentinin endiyi təyyarənin üzərində "Türkiyə Cümhuriyyəti" yazısı diqqət çəkib.
Türkiyə mediası sözügedən təyyarənin Türkiyənin hökumət təyyarəsi olduğunu təsdiqləyib.
Bununla belə, Volodimir Zelenskinin Türkiyə təyyarəsindən istifadə etməsinin səbəbi açıqlanmayıb.
Səlcuq
Today in Damascus. We continue our active Ukrainian diplomacy aimed at real security and economic cooperation. Important meetings lie ahead – several substantive formats have been prepared. Every nation and every region deserves a peaceful life. pic.twitter.com/2uMYI7PeGA — Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) April 5, 2026