Fuad Nağıyev və komandası ermənilərə nələr “hədiyyə” edib? – İFŞA OLDU
“Uzun illərdir Azərbaycan mətbəxini təbliğ edən şəxs kimi ermənilər mənə bata bilmirdilər"
SAVASHMEDİA.az xəbər verir ki, bunu teleqraf-a müsahibəsində Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru olmuş Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov deyib.
“Dövlət Turizm Agentliyində bir il ərzində o qədər yeyinti baş verirdi ki, bu, mənim uzaqlaşdırıldığım mərkəzin 15 illik büdcəsinə bərabər idi. Məlum olur ki, bir ildə "World Association of Chefs"in adından 2,9 milyon yeyinti olub. Məni Kulinariya Təşkilatından çıxartdılar, dünya təşkilatlarına bizim əleyhimizə yazan, Azərbaycan mətbəxinə nifrət edən Fərhad Aşurbəyli ilə Orxan Muxtarovu gətirdilər. Onlar bizim 30 illik əziyyətimizi heç elədilər”.
T.Əmiraslanovun dediklərinə görə, onlar hətta Turizm Agentliyinə şərt də irəli sürüblər:
“Məni uzaqlaşdıran kimi Fuad Nağıyev və komandası "Discovery World Travel"də 7 mətbəx nümunəmizi ermənilərə hədiyyə etdilər. Onlar Turizm Agentliyi qarşısında şərt qoymuşdular ki, Milli Kulinariya Mərkəzi iflic vəziyyətə salınmalı, işdən çıxarıb dünya təşkilatları qarşısında mənfi fikir yaradılmalıdır. Bu gedişlə ermənilər istəklərinə nail olacaqlar, qısa zamanda mətbəximizi məhv edəcəklər”.
Səlcuq