Gəncədə təyyarəyə minərkən bacısına yazdığı SON MESAJ - "Yuxuda gördüm ki, sən..." + FOTO

Noyabrın 11-də qəzaya düşmüş Türkiyə təyyarəsində şəhid olan Ahmet Yasir Kuyucunun bacısı ilə mesajları yayılıb.

Nov 14, 2025 - 13:02
Gəncədə təyyarəyə minərkən bacısına yazdığı SON MESAJ - "Yuxuda gördüm ki, sən..." + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, A.Y.Kuyucunun bacısı ilə mesajlaşması şəhid olduğu vaxtdan saatlar əvvəl olub.

Mesajlarda bacısı Kuyucuya yuxusunu danışıb və onun şəhid olduğunu gördüyünü deyib. Kuyucu isə “kaş ki şəhid olsam” cavabını yazıb.

Ürəkdağlayan yazışmanı təqdim edirik:

Xatırladaq ki noyabrın 11-də Gəncədən Türkiyəyə uçan, Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus “C130” hərbi yük təyyarəsi də Gürcüstanda qəzaya düşüb. Qəza nəticəsində 20 hərbçi həlak olub. Türkiyə Milli Müdafiə Nazirliyi qəzanın səbəbinin qurumun ekspert qrupunun apardığı ətraflı araşdırmadan sonra açıqlanacağını bildirib.

Banu

Ahmet Yasir Kuyucu