Gözəlliyi ilə məşhurlşan dilənçi qız Bakıda oğurluğa görə tutuldu - VİDEO

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.

Oct 15, 2025 - 22:07
Gözəlliyi ilə məşhurlşan dilənçi qız Bakıda oğurluğa görə tutuldu - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, müraciət əsasında təhqiqat araşdırmaları aparılıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze (red.-“Tiktok” adı “Aysu”) və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sözügedən oğurluq görüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə yayılmışdı. 

Əlavə edək ki, dilənçiliklə məşğul olan qız gözəlliyinə görə qısa zamanda populyarlaşmışdı.