"Gündə bir dəfə yeməliyik" - Deputat Rəşad Mahmudov

Birmənalı olaraq bədənin ehtiyacı yoxdursa, səhər qidalanmaya ehtiyac yoxdur.

May 24, 2025 - 00:04
May 24, 2025 - 00:16
"Gündə bir dəfə yeməliyik" - Deputat Rəşad Mahmudov

"Bir zamanlar belə bir fikir var idi ki, insan səhər yeməyi yemədən sağlam ola bilməz. Birmənalı olaraq bədənin ehtiyacı yoxdursa, səhər qidalanmaya ehtiyac yoxdur. Qidalanma 12:00-dan sonra başlaya bilər".

SAVASHMEDİA.az xəbər verir ki, bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov "ASAN TV"də qonaq olarkən səsləndirib.

Həkimin sözlərinə görə, əslində genetik yaddaşımızda gündə üç dəfə yemək yoxdur:

"İnsan oğlu maksimum iki, yaxud bir dəfə qidalanıb. Bu gün tibb göstərir ki, gündə maksimum iki dəfə qidalanmaq lazımdır. Çalışmaq lazımdır ki, qidalanma dönəmləri xaricində araya heç bir qida vasitəsi salmayaq".