Gürcüstan prezidenti Təhsil Nazirliyinə sual edib - “SSRİ qayıdıbmı?”

Tiflisdəki etirazçılar dekabrın 4-də yerli vaxtla saat 19:00-da onlar yenidən Gürcüstan parlamentinin binası yaxınlığında toplaşacaqlarını bəyan ediblər.

Dec 4, 2024 - 12:05
Gürcüstan prezidenti Təhsil Nazirliyinə sual edib - “SSRİ qayıdıbmı?”

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, etirazçıların dünənki yürüşü paytaxtın Vaja-Pşavela prospektində tamamlanıb. 

Bu yürüş xüsusi təyinatlıların parlament binası yaxınlığındakı mitinqi dağıtmaq üçün su şırnaqlarından istifadə etməsindən sonra başlayıb.

Bu arada Gürcüstan prezidenti Salome Zurabişvili “X” platformasında “zorakılıq və repressiyanın 6-cı günü” barədə belə yazıb: “Avropapərəst dinc nümayişçiləri “Gürcü Arzusu”nun Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) vəhşicəsinə dağıtdı. Gözyaşardıcı qaz və su şırnaqlarından qeyri-mütənasib şəkildə istifadə edilib. Kütləvi həbslər və pis rəftar”.

O, Təhsil Nazirliyini qınayıb: “Təhsil Nazirliyi təhsil prosesini pozanların danlanması üçün “qaynar xətt” elan edib. SSRİ qayıdıbmı?”.

Xatırladaq ki, noyabrın 28-dən Tiflisdə və digər şəhərlərdə etiraz aksiyaları keçirilır. Bu proses Gürcüstan hökumətinin ölkənin Avropa İttifaqına daxil olması məsələsini 2028-ci ilə qədər gündəmə gətirməyəcəyinə dair qərarından sonra etirazlar başlayıb. 

Xatirə SADİQ