Hacıqabulda qadın turistin sinəsinə əl atan 66 yaşlı kişi SAXLANILDI - VİDEO
Hacıqabulda xarici turist qadına qarşı qeyri-etik davranışla bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub.
SAVASHMEDİA.az xəbər verir ki, polis hadisə ilə bağlı araşdırma aparıb və 66 yaşlı sakin inzibati məsuliyyətə cəlb olunub.
Xatırladaq ki, velosipedlə səyahət edən Almaniya və Yaponiya vətəndaşı olan turistlər Hacıqabul ərazisində yerli sakinlə ünsiyyətdə olublar. Bu zaman həmin şəxs yapon qadının sinəsinə əl atıb və bu anlar turistlər tərəfindən videoya çəkilərək sosial şəbəkədə paylaşılıb.
Görüntülərin yayılmasından sonra polis operativ şəkildə araşdırma aparıb və şəxs müəyyən edilərək barəsində tədbir görülüb.
Səlcuq