"Turan Tovuz" UEFA-nı məhkəməyə verdi - Qərar İsveçrədə veriləcək
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanan “Turan Tovuz” avrokuboklardan kənarda qala bilər.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb kimi 2019-cu ildə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərar göstərilir.
Həmin vaxt I Divizionda çıxış edən bir sıra klubların futbolçuları oyun nəticələrinin manipulyasiyasında iştirak etdiklərinə görə cəzalandırılmışdı. Qərara əsasən, “Turan Tovuz”un da yeddi futbolçusunun günahı sübuta yetirilmiş və onların futbolla bağlı fəaliyyətinə qadağa qoyulmuşdu.
UEFA-nın məhz bu faktı əsas götürərək Tovuz təmsilçisinin avrokuboklarda iştirak hüququnu əlindən almaq niyyətində olduğu bildirilir.
Əldə etdiyimiz məlumata görə, durumun ciddiliyini nəzərə alan "Turan Tovuz" klubunun rəhbərliyi hərəkətə keçib. Belə ki, klub avrokuboklarda iştirakla bağlı mümkün qadağanın qarşısını almaq məqsədi ilə İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə müraciət edib.
Ehtiram Quliyevin rəhbərlik etdiyi klub hazırda öz mövqeyini müdafiə edərək avrokuboklara buraxılmaq uğrunda hüquqi mübarizə aparır.
Oğuz