Harvard Universiteti Trampın qərarına qarşı
Harvard Universiteti ABŞ prezidenti Donald Tramp administrasiyasının universitetə əcnəbi tələbələrin qəbulunu müvəqqəti qadağan edən qərarına qarşı məhkəmə iddiası qaldırıb.
SAVASHMEDİA.az xəbər verir ki, ərizə Boston federal məhkəməsinə verilib.
Universitet şikayətində bildirib ki, hökumət bir əmrlə Harvardın tələbə heyətinin dörddə birinin hüquqlarını pozmağa cəhd edir.
Xatırladaq ki, mayın 22-də “The New York Times” qəzeti Tramp administrasiyasının Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbulu icazəsini dayandırdığını yazıb .
Oğuz