“Helikopter niyə dönmədi?" - Tramp şübhələnib

ABŞ prezidenti Donald Tramp “American Airlines” sərnişin təyyarəsinin Vaşinqton səmasında hərbi helikopterlə toqquşmasına münasibət bildirib. 

Jan 30, 2025 - 07:51
“Helikopter niyə dönmədi?" - Tramp şübhələnib

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb.

Onun sözlərinə görə, təyyarə hava limanına enərkən ideal yaxınlaşma xəttində olub. 

“Helikopter uzun müddət düz təyyarəyə doğru hərəkət edib. Aydın gecə idi, təyyarədə işıqlar yanırdı, helikopter niyə qalxmadı, aşağı enmədi, dönmədi? Niyə dispetçer qülləsi təyyarəni görüb-görmədiklərini soruşmaq əvəzinə helikopterə nə etməli olduğunu söyləmədi? Bu faciənin qarşısını almaq olardı”, - deyə Tramp sual edib.  

Xatirə SADİQ