"Hər kiloqrama görə 1000 dollar, pullar tualetdə veriləcək" - İstanbuldakı qızıl əməliyyatının DETALLARI
Həmin şəxs 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe vəzifəsində çalışmış polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğludur.
Xəbər verdiyimiz kimi, dünən Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərindən 70 kiloqram qızıl aşkarlanıb.
Həmin şəxs isə 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe vəzifəsində çalışmış polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğludur.
Onun Bakıya gətirildiyi bildirilir.
SAVASHMEDİA.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli dünənki əməliyyatlarla bağlı digər ilginc məqamları da açıqlayıb.
Onun fikirlərini təqdim edirik:
"Deməli, dünən İstanbulda Azərbaycanın ABŞ-dakı keçmiş hərbi attaşesinin 70 kq qızıl yükü ilə yaxalanması yeganə əməliyyat olmayıb. Onun saxlanılması ilə paralel İstanbul aeroportunda daha br əməliyyat keçirilib. Türkiyəyə adı açıqlanmayan şəxslər tərəfindən 16 kq qızıl keçirməyə cəhd edən şəbəkə ortaya çıxarılıb. Hava limanında özünü “vəkil” kimi təqdim edən şəxs və iki mühafizəçi saxlanılıb. Təhlükəsizlik işçilərinin qaçaq yolla ölkəyə gətirilən hər 1 kiloqram qızıl müqabilində 1000 dollar aldıqları müəyyən edilib. Qaçaq malın təhvil-təslim yeri kimi aeroportun tualetlərindən istifadə olunub. Əməliyyatlar zamanı ümumilikdə 7 nəfər saxlanılıb.
İstanbul İl Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi yerli mediaya qızıl qaçaqmalçılığı şəbəkəsinin ortaya çıxarıldığını açıqlayıb. İki əməliyyat arasında bağlılıq olduğu ehtimal edilir".
Oğuz