Hökümənin yazdığı son mesaj - Yazdığını tez də silib, sonra səs atıb + VİDEO
Dəhşətli hadisənin baş verməsinə dəqiqələr qalmasına baxmayaraq titrək səslə sərnişinlərə söylədikriylə tarixə çevrilən stüardessa Hökumə Əliyevanın son mesajlarından biri yayılıb.
Hökumənin yaxın rəfiqələrindən dayanmadan ard-arda yazdığı mesajları oxunmayınca dərhal silməsi diqqət çəkib.
Mərhum stüardessanın rəfiqəsindən niyə belə etdiyini soruşduqda verdiyi cavab çox duyğulandırıb. Hökumə səsli mesajla bildirib ki, boş-boşuna mesajlar göndərmişdi, elə də önəmli deyildi.
Ətraflı videoda:
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb. Həyatını itirən 3 ekipaj üzvündən biri də Hökumə olub. (titul.az)