“İlon Mask şərin himayədarıdır” – Avropa Komissiyası
“X” sosial şəbəkəsinin sahibi, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask digər texnoloji şirkət rəhbərlərindən fərqli olaraq xeyirlə şəri ayıra bilmir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) vitse-prezidenti Vera Yurova “Politico” nəşrinə müsahibəsində deyib.
AK-ın vitse-prezidenti “X” sosial şəbəkəsini antisemitizmin yayılmasının “əsas mərkəzi” adlandırıb.
“Biz şəri şərti bir şey hesab etməyə başladıq və o, buna fəal kömək edir. O, şərin himayədarıdır”, - deyə o, əlavə edib.
Onun fikrincə, hazırda texnologiya şirkətləri nəhəng gücə malikdir və lazım olmayan əllərə keçən rəqəmsal platformalar dəhşət doğurur.
Qeyd edək ki, Avropa İttifaqının rəhbərliyi ilə İlon Mask arasında münaqişə 2022-ci ildən başlayıb. Milyarder “Twitter”i əldə etməsi, adını “X” adlandırması və platformanın siyasətlərini dəyişdirdiyinə görə tənqid olundu.
Avropa Komissiyasının versiyasına görə, satış nəticəsində “X” nifrət və dezinformasiyanın yayılmasına daha loyal olub və Aİ-nin sosial şəbəkələr haqqında qanununu pozub.
Mask isə iddia edir ki, Avropa Komissiyası “X”ə qeyri-qanuni məxfi sövdələşmə təklif edib: “Əgər biz heç kimə demədən nitqi sakitcə senzura etsək, onlar bizi cərimələməyəcəklər. Digər platformalar bu razılaşmanı qəbul etdilər, “X” yox”.
AK Maskın ittihamlarını rədd edib.
Xatirə SADİQ