İmamoğlunun 121 səhifəlik ifadəsi - Suallar və cavablar
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun dindirilməsi başa çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, İmamoğlu 121 səhifəlik ifadəsində bir çox suala "bu sualı qəbul etmirəm. Bütün iddiaları qətiyyətlə rədd edirəm, heç bir cinayət törətməmişəm" deyərək cavab verib.
İmamoğluna İstanbul Böyükşəhər Bələdiyyəsinin etdiyi tenderlər və onların nəticələri ilə bağlı sual verilib.
İmamoğluna saxlanılan şəxslərin fotoşəkilləri göstərilib və onları tanıyıb-tanımadığı soruşulub. Sualların əsl məzmununu anladığını ifadə edən İmamoğlu "əslində burada olmağımın yeganə səbəbi mənə qarşı başladılan siyasi mübarizədir" deyib.
İstintaq çərçivəsində ifadə verən gizli şahidlərin ifadələri ilə bağlı 28 sual verilən İmamoğlu 28 sualın hamısına “mən bu sualı ciddiyə almıram” sözləri ilə cavab verib. İmamoğlu MASAK hesabatı ilə bağlı sualları da "hesabatı görmədiyim üçün sualınızı anlaya bilmirəm" deyə cavab verib.
İstanbul Baş Prokurorluğu verdiyi açıqlamada İmamoğlunun sabah ədliyyəyə sövq ediləcəyini açıqlayıb.
Oğuz