"İnanmaq istəmirəm ki, bu, mənim başıma gəlib" - Azarkeşlər "Neftçi"nin baş məşqçisinə ağır sözlər dedi
"Neftçi"in baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Kəpəz"ə 3:4 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:
- Məğlubiyyətin əsas səbəbi nədir?
- Hazırda nəsə deyə bilmirəm. Bu cür oyunları dəqiqliklə təhlil edib danışmaq lazımdır. Elə durumdayam ki, inanmıram ki, bu mənim başıma gəlir. Sanki yuxudayam. Ona görə də bu oyunun təhlilini ertələyirəm.
- Yəqin ki, bu gün heç bir baş məşqçi sizin yerinizdə olmaq istəməz. Bundan sonra nə gözləyirsiniz?
- Hələ bir dəqiqəmi belə buna həsr etməmişəm. Oyunun sonları ilə bağlı bəzi şərhlər vermək istəyirəm. Azarkeşlər mənim ünvanıma heç də yaxşı olmayan sözlər deyirdi. Mən onlardan incimirəm. Onlara bu qədər səbr etdiklərinə görə təşəkkür edirəm.
- İstefa haqda düşünürsünüz?
- Düşündüyüm şey haqda artıq danışmışam. Bu söhbətləri mətbuat konfransında müzakirə etməli deyilik. Elə bir durumda deyiləm ki, hansısa səhvlərə görə özümü cəzalandırım. Deyərdim ki, "Neftçi"dəki işimə görə pərişan deyiləm.
- Autsayderə məğlubiyyəti faciə kimi qəbul edirsiniz?
- Mən bunu məğlubiyyət kimi qəbul edirəm. Yenə də deyirəm, inana bilmirəm ki, bu baş verənlər mənim başıma gəlir.
- Sizin istefanıza kimlərsə mane olur?
- Xeyr. Hər mətbuat konfransında istefa ilə bağlı suallar verilir. Bunları burada müzakirə etməli deyilik. (sportal.az)