Cütlüklər ayrı yataqlarda yatmalıdır? – Yaponlara görə xoşbəxt evliliyin sirləri

Xoşbəxt evliliyin sirri bütün dövrlər üçün ən aktual məsələlərdən olub. Cütlüklər bütün bir ömrü xoşbəxt, firavan yaşaya bilmək üçün müxtəlif yolları sınaqdan keçirirlər.

Oct 4, 2024 - 20:59
Cütlüklər ayrı yataqlarda yatmalıdır? – Yaponlara görə xoşbəxt evliliyin sirləri

Evlilik həyatında daimi xoşbəxtlik olmasa da, qarşılıqlı hörmət və dostluq evliliyin davam etməsi üçün əsas meyar götürülür.Yaponlar isə xoşbəxt evliliyin açarını tamam fərqli üsulda tapıblar. 

SAVASHMEDİA.az xəbər verir ki, yaponların xoşbəxt evliliyinin sirri ayrı yataqlarda yatmaqdır.

Yapon cütlüklərə görə, ayrı yataqlarda yatmaq şəxsi azadlığın qorunması deməkdir. Onlar düşünür ki, bu, fərdlərə yuxu rejimini ehtiyaclarına uyğun tənzimləməyə imkan verir. Şəxsi azadlığın qorunması  cütlüklərin bir-birindən daha az asılı hiss etməsinə və daha müstəqil həyat sürməsinə kömək edir.

Dünyanın ən ağıllı xalqı olan yaponlar şəxsi azadlığın qorunmasının münasibətlərin keyfiyyətinə də müsbət təsir göstərdiyinə inanırlar. Onlara görə, fərqli yataqlarda yatmaq yuxu keyfiyyətini də yaxşılaşdırır, cütlüklərin günlük problemlərini bir-birinə danışaraq əhval-ruhiyyəsini pozmasına, yataqda narazılıqların və fikir ayrılıqlarının yaranmasına mane olur.

Yapon mədəniyyəti insanın “şəxsi məkan” anlayışını dəstəkləyir və bunun həm fiziki, həm də  mənəvi sağlamlığa müsbət təsir etdiyi qənətindədir. Digər mədəniyyətlərdən fərqli olaraq, bu ənənə yapon cütlüklərinin münasibətlərində məmnunluq və uzunömürlülüyü təşviq edən əsas amil hesab olunur.

Alpər