"iPhone 17"nin görünüşü belə olacaq - FOTO

"Apple" 2025-ci ildə təqdim etməyə hazırlaşdığı "iPhone 17" seriyasını inkişaf etdirməyə davam edir.

Nov 22, 2024 - 15:07
"iPhone 17"nin görünüşü belə olacaq - FOTO

Bu günə qədər yayılan hesabatlarda markanın satışlarından kifayətlənmədiyi üçün Plus-ı incəliyi ilə seçiləcək Slim/Air modeli ilə əvəz edəcəyi bildirilir. Ən son inkişaflar "iPhone 17 Slim"in necə görünəcəyi ilə bağlı vacib detalları ortaya qoyur.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "AppleTrack" tərəfindən bildirilib ki, "iPhone 17 Slim" modeli ikili kamera quruluşu ilə gələcək. Bununla belə, bu kamera adasının tərtibatı digər modellərdən kifayət qədər fərqli olacaq. Üfüqi və mərkəzləşdirilmiş bir dizaynın bizi burada qarşılayacağını söyləmək mümkündür. Hətta deyə bilərik ki, bu, Nothing Phone 2a-nın arxa panelini ağla gətirir.

"iPhone 17 Slim"in fərqli dizaynına baxmayaraq, seriyanın digər modellərində hələlik hər hansı dəyişiklik etmək mümkün deyil. Bu son sızıntı ilə seriala qatılacaq yeni modelin tək kamera ilə gələcəyi iddialarının böyük ölçüdə əsassız olduğu ifadə edilir.

Əvvəlki məlumatlarda "iPhone 17 Slim" telefonunun qalınlığının 6 mm olacağı iddia edilirdi. Bu söz-söhbət reallığı əks etdirərsə, smartfon tarixə ən nazik iPhone modeli kimi düşəcək. Məlum olduğu kimi, markanın hazırda ən nazik telefonu 6,9 mm qalınlığında olan "iPhone 6"dır.

"iPhone 17 Slim"in texniki xüsusiyyətləri ilə bağlı hələlik heç bir təfərrüat yoxdur. Ancaq, onun 6,6 düymlük ekrana sahib olacağı və Apple A19 prosessoru ilə təchiz ediləcəyi bildirilir. Bununla belə, onun qiymətinin 1299-1499 dollar aralığında olacağı gözlənilir.(news24)

Fotoda: iPhone 17 Slim