İran ABŞ-nin yüksəkvəzifəli rəsmisinin ifşa görüntülərini yaydı – VİDEO

ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patelin intim görüntüləri yayılıb.

Mar 31, 2026 - 15:08
İran ABŞ-nin yüksəkvəzifəli rəsmisinin ifşa görüntülərini yaydı – VİDEO

SAVASHMEDİA.az bu barədə “CNN” televiziyasına istinadən xəbər verir.

Məlumata görə, İrana məxsus "Handala Hack Team" adlı haker qrupu FTB direktoru Kaş Patelin köhnə şəxsi gmail hesabını sındırıb. İranlı hakerlər Patelin gmail hesabında olan 12 illik (2010-2022) şəxsi və işgüzar yazışmalarını, şəkil və videolarını internetdə yayıblar. 

Bunu ABŞ-nin Ədliyyə Nazirliyi və FTB özü də təsdiqləyib.

Telekanal nazirliyə yaxın mənbəsinə istinadən bildirib ki, video və fotolardakı şəxsin Kaş Patelin özü olduğu artıq təsdiqlənib. Lakin yayılan bu elektron mesajlar Patelin FTB direktoru təyinatından əvvəlki dövrə aiddir.

Hakerlərin yaydığı bir video isə gündəm olub. Həmin videoda Kaş Patel hind musiqisinin sədaları altında rəqs edib. Patelin rəqs edərkən sərgilədiyi hərəkətlər birmənalı qarşılanmayıb.

Xatırladaq ki, Kaş Patel (Kaşyap Pramod Vinod) 25 fevral 1980-ci ildə ABŞ-nin Qarden Siti şəhərində anadan olub. Patelin ana və atası Şərqi Afrikanın Qucarat icmasının hindəsilli üzvləri olublar. 

Onlar ABŞ-yə Kanada vasitəsilə köç ediblər. K. Patel ixtisasca hüquqşünasdır. Milli kəşfiyyat direktorunun baş müşaviri, ABŞ Müdafiə Nazirliyinin aparat rəhbəri vəzifələrində çalışıb. 2025-ci ildən isə Federal Təhqiqatlar Bürosunun direktorudur. Respublikaçılar partiyasının üzvüdür.

Banu