Depardye cinsi təcavüzdə günahkar bilindi - “Reuters”

Fransanın məşhur kinoaktyoru Jerar Depardye 2021-ci ildə çəkilən film zamanı iki qadına cinsi təcavüz etməkdə təqsirli bilinib. 

May 13, 2025 - 13:47
Depardye cinsi təcavüzdə günahkar bilindi - “Reuters”

SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Paris məhkəməsinin qərarında deyilir. 

Aktyor günahını rədd etsə də, məhkəmə onun arqumentlərini inandırıcı hesab etməyib. 

İki iddiaçıdan biri, dekorator Ameli K. məhkəmədə bildirib ki, aktyor dəfələrlə onun bədəninin müxtəlif nahiyələrinə toxunub və açıq-saçıq seksual ifadələr işlədib. “O, hər yerimə, o cümlədən sinəmə toxundu. Mən dəhşətə gəldim, o isə güldü”, - deyə  qadın məhkəmədə danışıb.

Qadının ifadəsi iki şahid tərəfindən təsdiqlənib. 

Məhkəmə Jerar Depardyeni 18 ay şərti həbs cəzasına məhkum edib.

Xatirə SADIQ