Yeni Papa Ukraynaya səfər edə bilər - “La Repubblica”
Ukrayna yeni Roma papası XIV Leonun səfər etdiyi ilk ölkələr sırasında ola bilər.
SAVASHMEDİA.az bu barədə “La Repubblica” nəşrinə istinadən xəbər verir.
Nəşr xatırladır ki, ölkəyə rəsmi dəvət Ukrayna prezidenti Volodimir Zelenskidən gəlib. Əvvəlki pontifik Fransisk də Kiyevə getmək istəyirdi, lakin o, həm də Moskvaya səfər etmək istəyirdi.
Leonun 20 ilini missioner və yepiskop kimi keçirdiyi Türkiyə və Peruya da səfər edə biləcəyi istisna olunmur.
Pontifik vətəni Birləşmiş Ştatları ziyarət edib-etməyəcəyi ilə bağlı suala “tezliklə deyil” cavabını verib.
Xatirə SADIQ