"İran televiziyasına baxanada əsəblərim pozulur" - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında İran Dövlət Televiziya və Radio Şirkətinin rəhbərini tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"Mən ümumiyyətlə dövlət televiziyasına baxmıram. Baxanda əsəblərim pozulur. Əgər hətta bu dövlət uğrunda canımı verməyə hazır olan mən belə bu cür yanaşmanı görəndə narahat oluramsa, təsəvvür edin, xalq nə düşünür!", - Pezeşkian bildirib.
Aytən