İranın yeni paytaxtı bu şəhər olacaq - AÇIQLAMA
Paytaxtın Tehrandan köçürülməsinin tezliklə reallaşacağı inandırıcı deyil.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri İran parlamentinin deputatı Əhməd Fatimi deyib.
O, hansı şəhərin İranın yeni paytaxtı ola biləcəyi ilə bağlı sualı da cavablandırıb:
"Bu, Simnan şəhəri ola bilər. Bundan əvvəl də Simnan şəhərinin paytaxt seçilməsi ilə bağlı planlar var idi. Düşünürəm ki, bu şəhər paytaxt üçün daha uyğun seçimdir".
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian son açıqlamasında paytaxtın Tehrandan köçürülməsi planının işlənməsinə start verildiyini açıqlayıb.
Prezident planın hazırlanmasına məsul olaraq birinci müavini Məhəmməd Rza Arifi təyin edib.
Məlumat üçün bildirək ki, Simnan şəhəri İranın mərkəzi hissəsində yerləşir. Şəhər, ölkənin digər böyük şəhərlərindən uzaqda yerləşsə də, mədəni və tarixi mirasa sahibdir.
Şəhərin tarixi İslamdan əvvəlki dövrlərə qədər uzanır. Şəhər Sasanilər dövrü və daha əvvəlki zamanlardan qalma arxeoloji tapıntılarla məşhurdur.
Oğuz