İsa Mersinlinin kompüteri açıldı, əsl həqiqət üzə çıxdı – ŞOK QEYDLƏR

Kahramanmaraşdakı məktəbə silahlı hücumu zamanı 9 nəfəri öldürüb 20 nəfəri yaralayan VIII sinif şagirdi İsa Aras Mersinlinin kompüterində dəhşətli qeydlər aşkarlanıb.

Apr 17, 2026 - 14:18
İsa Mersinlinin kompüteri açıldı, əsl həqiqət üzə çıxdı – ŞOK QEYDLƏR

SAVASHMEDİA.az xəbər verir ki, şagird həmin qeydləri aprelin 11 də yazıb. 

İ.A.Mersinli qeydlərində böyük bir şeyə hazırlaşdığını bildirib:

“Bunu 11 aprel 2026-ci ildə yazıram. Sən bunu oxuduğun anda mən ya böyük bir şey planlayır, ya planladığımı həyata keçirmiş, ya da həyata keçirmək üzrə olacağam. Niyəsini bilmirəm, amma çox böyük üstünlüklərim var idi. Həmişə insanlarla qaynaşmağa çalışmışam, lakin yenə də yalnız qalmışam. İnsanların məni tanımalarından, fərqimə varmalarından xoşum gəlir. İstəyirəm ki, bu dünyadakı varlığımı, verdiyim zərərləri hiss etsinlər. İstəyirəm ki, nəhayət, mənim fərqimə varsınlar”.

Qeydlərdə maraqlı olan nüanslardan biri də İsa Arasın ailəsi ilə bağlı etirafları olub. O, dəfələrlə tənhalıqdan şikayətlənib, hətta ailəsinin ondan qorxduğunu etiraf edib:

“İnsanlar bu vəziyyətimə görə bəzi şeyləri güman edir, amma bu, qətiyyən tənhalıqla bağlı deyil. Mən onsuz da yalnızam. Hətta çox yalnızam. Demək olar ki, heç dostum yoxdur. Sadəcə 2 dostum var, onlarla da çox danışmıram. Ailəm mənə nifrət edir. Məndən qorxurlar, hətta varlığıma görə məyus olublar”.

Cinayətkar yazıda özünü hamıdan üstün sayıb, məktəbin ona heç nə qazandırmadığını vurğulayıb:

“Mən bir dahiyəm. Hamıdan əlayam. Ən üstün insanam. Özümə sadiqəm. Mən daha əlayam. Üstün zəkalıyam. 130 IQ-um var. Heç dərs oxumadan həmişə yüksək qiymətlər almışam. İngilis dilini məktəbdə öyrənməmişəm. Evdə də danışmırdım. Sadəcə bir neçə il ərzində öz-özünə səlis danışa bildim. Məktəb mənə heç nə qazandırmadı. Öz-özümə öyrənmək daha sürətli idi”.

Xatırladaq ki, bundan öncə də İ.A.Mersinlinin “Discord” mesajlaşma tətbiqindəki mesajları üzə çıxıb. O, həmin mesajlarda da təklikdən, yalnızlıqdan, diqqət görməməkdən şikayətlənib. Hətta atasının onu boğaraq öldürməyə çalışdığını bildirib.

Vəsilə İBRAHİM