İsanın çantasını yoxlayan nəzarətçinin MÜƏMMALI AQİBƏTİ - "Atası polis idi deyə…"

Kahramanmaraşda Ayser Çalık adına orta məktəbdə 9 nəfərin ölümü və 20 nəfərin yaralanması ilə nəticələnən qətliamı törədən İsa Aras Mersinli, atası Uğur Mersinli və insidentin baş verdiyi məktəblə bağlı yeni faktlar ortaya çıxıb.

Apr 18, 2026 - 15:27
Apr 18, 2026 - 16:41
İsanın çantasını yoxlayan nəzarətçinin MÜƏMMALI AQİBƏTİ - "Atası polis idi deyə…"

SAVASHMEDİA.az xəbər verir ki,  məktəbin Valideynlər Şurasının sədri Hülya Çevik İsa Arasın ciddi psixoloji problemlərinin olduğunu deyib.

“Psixologiyasında ciddi pozuntular var idi. O, dəfələrlə özünə də ziyan vurub. Qələmi ovcuna batırıb, əlini dorayıb, öz boğazını kəsib, aqressiv davranışlar nümayiş etdirib” - Hülya Çevik bildirib.

O həmçinin qeyd edib ki, İsa Arası daimi nəzarətdə saxlayan müdir müavini Alparslan Yıldırım ötən ay başqa məktəbə təyin edilib:

“Alparslan müəllim onu daim təqib edirdi, hərəkətlərini izləyirdi. Bizə deyirdi ki, qorxmayın, İsa Arasın  çantasını yoxlamadan məktəbə buraxmıram. Alparslan müəllim ötən ay başqa bir məktəbə təyin olundu. Ondan sonra nəzarətsizlikdən bu hadisə baş verdi”.

Alparslan Yıldırımın hansı səbəbdən başqa məktəbə təyin olunduğu açıqlanmayıb.

Şagirdlərdən birinin valideyni də açıqlamasında İsa Arasın özünə xəsarət yetirdiyini təsdiq edib:

“Bir ay əvvəl özünü ülgüclə doğradıqdan sonra doğum evinə (güman ki, yaxınlıqdakı tibb müəssisəsi o olub) gedib. Polisə xəbər verilib, məsələ hüquqi hal kimi işlənməli imiş. Lakin atası polis məmuru olduğu üçün qeydə almayıblar. Məsələ ört-basdır edilib. Bunu mənə rəfiqəmin həmin xəstəxanada həkim olan yoldaşı deyib”.

Başqa bir məlumatda isə bildirilir ki, Ayser Çalık orta məktəbinin İsa Arasın psixoloji durumundan xəbərdar olan, onu daimi nəzarətdə saxlayan rəhbərliyi – müdir, müdir müavinləri və müəllimlər vəzifədən azad edilərək başqa məktəblərə təyin olunublar.

İsa Arasın polis məmuru olan atası Uğur Mersinli ilə bağlı da şok fakt üzə çıxıb. 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Uğur Mersinli “İnstagram”da çoxsaylı seksual məzmunlu hesabları təqib edirmiş.

İsa Aras Mersinlinin cinsi oriyentasiyası barədə dostu (internet üzərindən tanıyaraq dostlaşdığı argentinalı bir yeniyetmə) məlumat verib. 

Yeniyetmə bildirib ki, İsa Aras “Discord”, “Reddit” mesajlaşma tətbiqlərində özünü qız kimi tanıdıb. O qeyd edib ki, özü, İsa Aras və Victor adlı başqa bir yeniyetmə poliamor (çoxpartnyorlu) sevgi münasibəti yaşayıblar. İsa Aras onların qız sevgilisi olub.

Banu